AZ

“Qarabağ” Şahruddin Məhəmmədəliyevi geri qaytarmayacaq – AÇIQLAMA

Şahruddin Məhəmmədəliyevin “Qarabağ”a dönüşü planlaşdırılmır. Bu barədə futbolinfo.az saytına açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

“Adana Dəmirspor”la müqaviləyə xitam verən milli komandamızın qapıçısının keçmiş klubuna qayıdacağı ilə bağlı söhbətlər dolaşırdı. Klub rəsmisi isə Şahruddinlə danışıq aparmadıqlarını, bu məsələnin hazırda gündəmdə olmadığını bildirib.

Xatırladaq ki, Məhəmmədəliyev 2016-cı ilin yanvarından ötən ilin yayınadək “Qarabağ”da çıxış edib. Son mövsümü Türkiyə klubunda çıxış edən 30 yaşlı qolkiper yeni iş yeri axtarır. “Qarabağ” isə yeni qolkiper axtarışındadır. Yola salınan Andrey Lunyovun əvəzinə Portuqaliya “Vizela”sından Fabian Buntiç transfer edilib. Çempiondan ayrılmaq niyyətində olan Luka Quqeşaşviliyə də əvəzedici axtarılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
50
futbolinfo.az

10Mənbələr