AZ

Şahruddin Məhəmmədəliyev “Adana Dəmirspor”dan ayrıldı

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev çıxış etdiyi “Adana Dəmirspor”dan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyənin gazetevatan.com saytı məlumat yayıb.

30 yaşlı qolkiperin müqaviləsini birtərəfli qaydada ləğv etdiyi vurğulanıb.

Şahruddin ötən mövsümdən indiyə kimi müqaviləsinə xitam verən 4-cü futbolçu olub. Daha əvvəl Yusuf Ərdoğan, Dorukhan Toköz və Mustafa Kapı müqavilələrini birtərəfli qaydada pozmuşdu. Badou Ndiaye, Younes Belhanda, Yonas Svensson və Kevin Rodriqes isə qarşılıqlı razılaşma əsasında klubla yollarını ayırmışdı.

Məhəmmədəliyev 2023-cü ilin sentyabrından Türkiyə Superliqası təmsilçisində oynayırdı. O, klubun heyətində 25 rəsmi matçda meydana çıxıb, 40 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
2
futbolinfo.az

10Mənbələr