AZ

Şahruddin “Sabah”dan 300 min dollar istədi

"Adana Demirspor"la müqaviləsinə xitam verən Şahruddin Məhəmmədəliyev Azərbaycana qayıda bilər.

Belə ki, uzun illər "Qarabağ"ın formasını geyinmiş qapıçı "Sabah"ın danışıqlar aparmaqla bağlı təklifini qəbul edib.

Yenisabah.az Sportinfo.az-ya istinadən xəbər verir ki, millinin "1 nömrə"sinin bu formanı geyinmək üçün Konfrans Liqasının iştirakçısından nə qədər pul istəməsi də bəllidir. "Şah"ın ürəyindən keçən illik məbləğ 300 min dollardır.

Şahruddin Məhəmmədəliyev 3 gün öncə "Adana Demirspor"la müqaviləsini birtərəfli qaydada ləğv edib.

O, 2023-cü ilin sentyabrından Türkiyə Superliqası təmsilçisində oynayırdı. Klubun heyətində 25 rəsmi matçda meydana çıxıb, 40 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb. SEO Nədir


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
50
yenisabah.az

10Mənbələr