Bakı, 22 iyun, AZƏRTAC
İyunun 21-də polis əməkdaşları narkotik vasitələrin aşkar edilməsi məqsədilə əməliyyat keçiriblər.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Qeyd olunub ki, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 118,4 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Polis əməkdaşları bu sahədə qətiyyətli mübarizə tədbirlərini davam etdirir.