AZ

DİN: Son iki gündə 8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mayın 27-də və 28-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8,2 kiloqrama yaxın narkotik vasitə, həmçinin 121 metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 533 çətənə kolu aşkarlanaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,4 kiloqrama yaxın heroin, 1,2 kiloqrama yaxın marixuana, 5 kiloqram tiryək və 600 qram həşiş olub.

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
20
ikisahil.az

10Mənbələr