AZ

DİN: Son iki gündə 8 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN:
Mayın 27-də və 28-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8,2 kiloqrama yaxın narkotik vasitə, həmçinin 121 metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 533 çətənə kolu aşkarlanaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,4 kiloqrama yaxın heroin, 1,2 kiloqrama yaxın marixuana, 5 kiloqram tiryək və 600 qram həşiş olub.

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
20
1news.az

10Mənbələr