AZ

ÜST-dən diabet və arıqlamaq üçün istifadə edilən saxta dərmanlarla bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəzi ölkələrdə ikinci tip şəkərli diabet və piylənmənin müalicəsində istifadə olunan saxta semaqlutid sinifli dərmanlarla bağlı tibbi məhsul xəbərdarlığı edib.Qurum arıqlamaq üçün nəzərdə tutulan bu dərmana tələbatın artdığını və onun saxta məhsullarının da eyni sürətlə çoxaldığını vurğulayıb."ÜST-nin Qlobal Nəzarət və Monitorinq Sistemi (GSMS) 2022-ci ildən bəri bütün coğrafi bölgələrdə saxta semaqlutid məhsulları ilə bağlı məlumatların artdığını müşahidə edir", - deyə ÜST-nin açıqlamasında bildirilib.Semaqlutidlər, ikinci tip diabetli insanlara qan şəkərinin səviyyəsini aşağı salmaq, ürək-damar xəstəlikləri riskini azaltmaq və arıqlamaq üçün təyin olunan dərmanlar kimi tanınırlar.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

10Mənbələr