AZ

ÜST diabet və arıqlamaq üçün istifadə edilən saxta dərmanlarla bağlı xəbərdarlıq edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəzi ölkələrdə 2-ci tip şəkərli diabet və piylənmənin müalicəsində istifadə olunan saxta semaqlutid sinifli dərmanlarla bağlı tibbi məhsul xəbərdarlığı edib. ÜST arıqlamaq üçün nəzərdə tutulan bu dərmana tələbatın artdığını və onun saxta məhsullarının da eyni sürətlə artdığını vurğulayıb.

“ÜST-nin Qlobal Nəzarət və Monitorinq Sistemi (GSMS) 2022-ci ildən bəri bütün coğrafi bölgələrdə saxta semaqlutid məhsulları ilə bağlı məlumatların artdığını müşahidə edir”, - ÜST-ün dünənki açıqlamasında deyilir. "Bu, bəzi hesabatların təsdiqindən sonra ÜST tərəfindən verilən ilk rəsmi bildirişdir" dedi. Semaqlutidlər, 2-ci tip diabetli insanlara qan şəkərinin səviyyəsini aşağı salmaq, ürək-damar xəstəlikləri riskini azaltmaq və arıqlamaq üçün təyin olunan dərmanlar kimi tanınır, çünki onlar iştahı da boğur.

Turkustan.az xəbər verir ki, ÜST bu səbəblərdən dərmanlara tələbatın artdığını və saxta istehsalın da eyni sürətlə artdığını bildirərək, saxta dərmanların insan sağlamlığına zərərini vurğuladı. ÜST öz bəyanatında aşağıdakı bəyanatları vurğuladı:

“Semaqlutidlər hazırkı yüksək qiymətlərinə görə ÜST-nin diabetin idarə olunması üçün tövsiyə etdiyi müalicələrin bir hissəsi deyil.

"Şəkərli diabet üçün qan şəkəri və ürək-damar riski üzərində semaqlutidlərə bənzər təsir göstərən daha əlverişli müalicələr də var."

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
5
turkustan.az

10Mənbələr