AZ

Xəbərdarlıq: Şəkərli diabet və arıqlamaq üçün tövsiyə olunan  bu dərman saxta çıxdı

Xəbərdarlıq: Xəbərdarlıq: Şəkərli diabet və arıqlamaq üçün tövsiyə olunan

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəzi ölkələrdə 2-ci tip şəkərli diabet və piylənmənin müalicəsində istifadə olunan saxta semaqlutid sinifli dərmanlarla bağlı xəbərdarlıq edib.

E-saglam.az publika.az-a istinadən xəbər verir ki, ÜST dərmanlara tələbatın artdığını və saxta istehsalın da eyni sürətlə artdığını bildirib. Habelə saxta dərmanların insan sağlamlığına zərərini diqqətə çatdırıb.

“2022-ci ildən bəri bütün coğrafi bölgələrdə saxta semaqlutid məhsulları ilə bağlı məlumatların artdığını müşahidə edirik”, - ÜST-ün açıqlamasında deyilir.

Bu, bəzi hesabatların təsdiqindən sonra ÜST tərəfindən verilən ilk rəsmi bildirişdir.

Qeyd edək ki, semaqlutidlər 2-ci tip diabetli insanlara qan şəkərinin səviyyəsini aşağı salmaq, ürək-damar xəstəlikləri riskini azaltmaq və arıqlamaq üçün təyin olunan dərmanlar kimi tanınır. Bu dərmanlar iştahanı da boğur.

E-saglam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
29
e-saglam.az

10Mənbələr