AZ

Xəbərdarlıq: Şəkərli diabet və arıqlamaq üçün tövsiyə olunan bu dərman saxta çıxdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəzi ölkələrdə 2-ci tip şəkərli diabet və piylənmənin müalicəsində istifadə olunan saxta semaqlutid sinifli dərmanlarla bağlı xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, ÜST dərmanlara tələbatın artdığını və saxta istehsalın da eyni sürətlə artdığını bildirib. Habelə saxta dərmanların insan sağlamlığına zərərini diqqətə çatdırıb.

“2022-ci ildən bəri bütün coğrafi bölgələrdə saxta semaqlutid məhsulları ilə bağlı məlumatların artdığını müşahidə edirik”, - ÜST-ün açıqlamasında deyilir.

Bu, bəzi hesabatların təsdiqindən sonra ÜST tərəfindən verilən ilk rəsmi bildirişdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
4
publika.az

10Mənbələr