AZ

Avstriya millisinin baş məşqçisi - Polşa ilə matçda inanılmaz oynadıq

Polşa ilə matçda inanılmaz oynadıq.

"Report" xəbər verir ki, bunu Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Polşa ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis qarşılaşmanın ilk 20 dəqiqəsinin onlar üçün mükəmməl keçdiyini söyləyib: "İlk 20 dəqiqə əla alındı. Hesabda öndə olduqdan sonra səhvlər etməyə başladıq və tez-tez topu itirdik. İkinci hissədə dəyişikliklər oldu və bunu etdikdən sonra tam nəzarəti ələ keçirdik. Polşa ilə matçda inanılmaz oynadıq. Niderland ilə oynayacağımız qrupun son görüşündə ən azı 1 xal qazanmaq istəyirik".

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün D qrupunun matçında Polşa Avstriya yığmasına qalib gəlib - 3:1.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
50
azpolitika.info

10Mənbələr