AZ

Məkkəyə həcc ziyarəti zamanı ölənlərin sayı mini keçdi

Səudiyyə Ərəbistanında müsəlmanların Məkkəyə (Həcc) ziyarəti zamanı istilər səbəbindən ölənlərin sayı min nəfəri keçib.
Tribunainfo.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Bir gün əvvəl 577 nəfərin öldüyü bildirilib.
AFP-nin qeyd etdiyi kimi, ölənlərin yarıdan çoxu qeydiyyatdan keçməmiş zəvvarlardır. Ərəb diplomatının sözlərinə görə, ölənlərin 658 nəfəri Misirdəndir, onlardan yalnız 28-i qeydiyyatdadır.
İyunun 16-da Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi istilər səbəbindən 2 mindən çox zəvvarın xəstəxanalara yerləşdirildiyini bildirib. AFP-nin yazdığı kimi, Həcc zamanı zəvvarlar uzun müddət yeməksiz, susuz və kondisionersiz qalıb, bu günlərdə Məkkədə havanın temperaturu 52°C-yə çatıb. Səudiyyə rəsmiləri iyunun 17-dən bəri ölənlərin sayını yeniləməyib.
Səudiyyə Ərəbistanı rəsmilərinin məlumatına görə, bu il Məkkəyə 1,83 milyon insan həcc ziyarətinə gəlib, onlardan 1,6 milyondan çoxu əcnəbidir.
Seçilən
120
50
tribunainfo.az

10Mənbələr