AZ

Məkkə ziyarətində mindən çox adam istidən ölüb

Yayımlandı: 20 İyun 2024 17:08 Ölənlər arasında azərbaycanlıların olmadığı bildirilir Məkkədə isti hava mindən çox insanın ölümünə səbəb olub. Həmin insanlar Məkkə ziyarəti zamanı 52 dərəcə istiyə tab gətirməyib, həyatını itirib. Minlərlə insan xəstəxanaya yerləşdirilib. Səudiyyə Ərəbistanındakı Həcc İdarəsinin məlumatına görə, ölənlər arasında 165 İndoneziya, 41 İordaniya, 35 Tunis və 11 İran vətəndaşı var. Hazırda ümumi ölü sayının 1081 nəfər olduğu bildirilir. İranın yarırəsmi “Tasnim” xəbər agentliyinin verdiyi məlumata görə, 22 iordaniyalı itkin düşüb, 26 iranlı isə xəstəxanaya yerləşdirilib. İran Qızıl Aypara Cəmiyyəti bildirib ki, iranlılardan bəziləri istidən ölüb, bəziləri isə xəstəxanaya yerləşdirilib. CNN yazır ki, Səudiyyə Ərəbistanı və Misir hələ rəsmi rəqəmlər açıqlamadığından ölənlərin sayının artacağı ehtimal edilir. Bundan əlavə, hökumətlər yalnız öz ölkələrinin Məkkəyə getmək üçün qeydiyyatdan keçmiş zəvvarlarından xəbərdardır. Qeydiyyatdan keçməmiş zəvvarlar da var, onlar arasında da ölənlərin olduğu ehtimal edilir. Səudiyyə Ərəbistanı hökuməti bildirib ki, xəstəxanalarda 2700-dən çox insan istilik vurması səbəbindən müalicə olunur. Yüzlərlə insan sosial şəbəkələrdə yaxınlarından xəbərsiz olduqları ilə bağlı paylaşımlar edib. Səudiyyə Baş Statistika İdarəsinin məlumatına görə, dünyanın ən böyük dini toplantılarından biri olan builki Həcc ziyarətində 1,8 milyondan çox insan iştirak edir. Zəvvarlar arasında ölüm halları qeyri-adi olmasa da (keçən il 200-dən çox idi), builki toplanış xüsusilə yüksək temperatur şəraitində keçirilir. Qafqaz Müsəlmanları İdarəsi açıqlayıb ki, ölənlərin arasında Azərbaycan vətəndaşı yoxdur. Meydan TV

Seçilən
118
50
xural.com

10Mənbələr