AZ

Hacı Surxay: “Həcc ziyarəti zamanı ölənlərin hamısı cənnətə getmir...”

“Allah Taala Qurani Kərimin Ali İmran surəsinin 97 ci ayəsində buyurur: “Orada aydın nişanələr-İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!”
 
Bunu Moderator.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü, İçəri Şəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli deyib. O daha sonra əlavə edib.
 
“Ayədən göründüyü kimi maddi və fiziki gücü çatan hər bir kəsə Allah Həcc ziyarətinə getməyi vacib əmr etmişdir. Oruc tutmaq ibadətində sağlamlığın və fiziki durumun şərt olduğu kimi qeyd etdiyimiz ayədən məlum olduğu kimi fiziki sağlamlığı olan şəxslərə əmr olunan ibadət növlərindən biridir Həcc ziyarəti. Bunun üçün Həcc ziyarətinin vacibliyi xəstələrin və əldən düşmüş qocaların boynuna bir vəzifə olaraq gəlməz. Ziyarət vaxtı hər hansı bir qəza və ya təbii fəlakətlər zaman dünyasını dəyişənlərə gəldikdə isə belə hallar nəinki Həcc ziyarətində dünyanın istənilən ölkəsində  və ya tədbirlərində baş verə bilər ki, bu da təbiidir. Kimlərinsə cənnətə gedib-getməməsi isə insanın əməllərindən asılıdır. İnsanın cənnətə getməsi üçün Həcc ziyarətində vəfat etməsi lazım deyil. Əməlisaleh insan öz yatağında da ölsə cənnət ona vacib olar. Allah Taaladan ziyarət zamanı ölənlərə rəhmət, ailələrinə səbr diləyirik” deyə Hacı Surxay Məmmədli bildirib.
İlahiyyatçı bildirib ki, bəzi məqamlar var ki, mütləq ziyarət zamanı əməl olunmalıdır.
“Ümumiyyətlə Həcc ziyarətinə gedən insan fiziki və mənəvi baxımdan buna hazır olmalıdır. Diqqət etməlidir. Əgər o da yanında 5 yoldaş-dostunu, ailə üzvünü, övladını aparısa özündən də çox ona diqqət etməlidir, qorumalıdır. Özünü necə müdafiə edirsə onu da o cür müdafiə etməlidir. Çünki qiyamət günündə insan haqqından əlavə, ondan himayəsində olan insanlar barəsində də soruşulacaq. Bu baxımdan hər kəs Allahın evində əməlləri ilə yanaşı dostluğa da səmimi olmalıdır, ürək yandırmalıdır. Hər bir halda insan özünü qorumalıdır. Əgər insan Allahın evinə gedirsə və o biganədirsə bunu Allah qəbul etməz” deyə ilahiyyatçı bildirib.
Qeyd edək ki, Həcc ziyarəti zamanı yüksək temperatur səbəbindən ölənlərin sayı 1081 nəfərə çatıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
moderator.az

10Mənbələr