AZ

Edvard Yordenesku Ukrayna ilə qarşıdakı oyun haqda danışdı

Rumıniya yığmasının baş məşqçisi Edvard Yordenesku AÇ-2024-ün qrup mərhələsi 1-ci turunda Ukrayna yığması ilə qarşıdakı oyun haqda danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, rumın mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən azarkeşlərə söz verirəm – və bunu çox səmimi deyirəm – bu komanda meydanda bütün gücünü qoyacaq. Rəqiblərimiz əvvəldən bizim tam hörmətimizi görəcəklər, amma biz hər şeyin yaxşı getməsini istəyirik, bizim istəyimizlə. Rumıniya son vaxtlar Avropa çempionatında o qədər də yaxşı çıxış etməyib, ona görə də biz ötən dəfəkindən daha yaxşı çıxış etməyə çalışırıq. Biz gənclərimizə örnək olmağa çalışırıq. Biz rəqiblərimizə hörmət edirik. Onların məşqçisi inanılmaz nəticələr əldə edib, amma ələmə oyunları gələndə çox şey daha əhəmiyyət kəsb etmir”, deyə Edvard Yordenesku bildirib.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda “E” qrupunda Rumıniya – Ukrayna oyunu bu gün, iyunun 17-də Münhenin “Alyans-Arena” stadionunda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 17:00-da başladacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
3
arena.az

4Mənbələr