AZ

Edvard Yordenesku: “Qrup qalibi olmaq əzmindəyik”

Rumıniya millisinin baş məşqçisi Edvard Yordenesku AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Slovakiya yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, rumın mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, yığmamız üçün tarixi bir məqamdır. Bu, karyeramızın ən böyük məqamıdır və biz ona ehtiras və məsuliyyətlə yanaşırıq. Bu komandanın öz siması var. Ləyaqətimizi qaytardıq, azarkeşlərin dünyagörüşünü dəyişdik. Bizim uşaqlar azarkeşləri tribunalara qaytardılar.

Məqsədimiz ələmə mərhələsinə yüksəlməkdir. Birinci yeri tutaraq, qrupun qalibi olmaq istəyirik. Ancaq ən əsası – irəliləməkdir. Bütün səylərim bu qrupdan çıxmağa yönələcək.

Səmimi olaraq hörmət etdiyim və təşkilatçılığına heyran olduğum güclü bir komandaya qarşıyıq. Amma biz öz gücümüzü göstərməyə hazırıq. Bizim, işimizə öz yanaşmamız var. Bəzi çatışmazlıqlarımız var, məsələn, bərpa üçün bir günümüz əskikdir, amma nə qədər yorğun olduğumuzu düşünmürük. Əsas olanı – bütün ürəyinizlə oynamaq, intizamlı olmaq, səmərəli olmaq və irəli getməkdir”, deyə Edvard Yordenesku vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turunun “E” qrupu çərçivəsində baş tutacaq Slovakiya – Rumıniya oyunu bu gün, iyunun 26-da Frankfurtun “Doyçe Bank Park” stadionunda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

3-cü tur ərəfəsində “E” qrupunun yarış cədvəli belə mənzərə yaradır:

  1. Rumınıya – 3 xal
  2. Belçika – 3 xal
  3. Slovakiya – 3 xal
  4. Ukrayna – 3 xal
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
3
arena.az

4Mənbələr