AZ

Edvard Yordenesku: “Belçika ilə oyuna qələbə üçün çıxacağıq”

Rumıniya yığmasının baş məşqçisi Edvard Yordenesku AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Belçika yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, rumın mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Belçika əla oyunçuları olan, dünyanın 3-cü komandasıdır və onların həqiqətən nəticəyə ehtiyacı var. Bu, bizim üçün inanılmaz təcrübədir. Səmərəli olmalı və imkanlar yaratmalıyıq – oynamağı bacardığımız futbolu oynamalıyıq.

Bu komandanın imkanı var. Əminəm ki, biz bunu həyata keçirəcəyik. 1/8 finala yüksəlmək Rumıniyada futbolun və idmanın nə demək olduğunun fantastik nümunəsi olardı. Məndə belə təəssürat yaranır ki, bütün ölkə komandamızı dəstəkləyir, bu isə bizi mübarizəyə daha da həvəsləndirir.

Belçika yığmasına qarşı bütün gücümüzü verməyə, birliyimizi və ruhumuzu göstərməyə hazırıq. Aydındır ki, rəqiblərimiz heyrətamizdirlər, amma biz bu oyuna qələbə üçün çıxacağıq”, deyə Edvard Yordenesku vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun “E” qrupu çərçivəsində keçiriləcək Belçika – Rumıniya oyunu bu gün, iyunun 22-də Kölnün “Reyn Energi” stadionunda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

2-ci tur ərəfəsində “E” qrupunun yarış cədvəli belə mənzərə yaradır:

  1. Rumıniya – 3 xal (1 oyun)
  2. Ukrayna – 3 xal (2 oyun)
  3. Slovakiya – 3 (2 oyun)
  4. Belçika – 0 (1 oyun)
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
3
arena.az

4Mənbələr