AZ

Edvard Yordenesku: “Belçikaya qarşı azacıq diqqətli olsaydıq…”

Rumıniya yığmasının baş məşqçisi Edvard Yordenesku AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Belçika yığması ilə oyunu (0:2) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, rumın mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz oyuna bəzi səhvlərlə başladıq və əvvəldə bu qoldan qaçmaq çətin oldu. Bizim “B” planımız vardı, amma reytinqdə üçüncü yerdə olan komanda ilə qarşılaşmaq çətin idi, bəxtimiz isə gətirmədi. İkinci hissədə özümüzə gəldik, daha fəal olduq, bir sıra imkanlar yaratdıq və həqiqətən də bu yaxşı komandaya qarşı mübarizə apardıq. Düşünürəm ki, azacıq daha diqqətli olsaydıq, oyunu başqa cür keçirə bilərdik”, deyə Edvard Yordenesku vurğulayıb.

2-ci turdan sonra “E” qrupunda belə mənzərə yaranıb:

  1. Rumıniya – 3 xal
  2. Belçika – 3 xal
  3. Slovakiya – 3 xal
  4. Ukrayna – 3 xal
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
3
arena.az

4Mənbələr