AZ

"Putin Ukraynada məğlub olacağı təqdirdə nüvə silahını tətbiq edə bilər" - Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası

 
"Putin üçüncü dünya savaşına təhrik edəcək strateji nüvə silahını çətin ki, tətbiq etsin..."
 
Rusiya lideri Vladimir Putin Rusiya ordusunun Ukraynada məğlub olacağı təqdirdə taktiki nüvə silahının tətbiq edilməsi barədə əmr verə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Litvinenko "The Times" nəşrinə müsahibəsində bəyan edib. Məlumatı "nv.ua" nəşri yayıb.
 
"Əgər Rusiya fəlakətli məğlubiyyət həddində olarsa, biz heç nəyi istisna edə bilmərik", - Litvinenko deyib.
 
Onun sözlərinə görə, belə məğlubiyyət Rusiya cəbhələrinin dağılmasına, ordudan fərariliyə və Moskvada etirazlara gətirib çıxara bilər.
 
Диктатор Путин (Фото:Sputnik/Maxim Blinov/Pool via REUTERS)
 
Litvinenko hesab edir ki, Rusiyanın müharibədə üstünlüyü olan zaman Putinin nüvə silahının tətbiq edəcəyinin heç bir ehtimalı yoxdur.
 
Onun sözlərinə görə, hətta bu halda Rusiya, böyük ehtimalla, daha az gücə malik taktki nüvə silahı tətbiq edəcək. Putin yəqin ki, üçüncü dünya savaşına təhrik edəcək strareji nüvə silahını çətin ki, tətbiq etsin, çünki "o, yaşamaq istəyir", - Litvinenko vurğulayıb.
 
O, həmçinin iddia edir ki, Rusiyanın Ukraynada döyüş meydanında məğlubiyyəti Moskva tərəfindən nüvə silahının avtomatik tətbiqinə gətirib çıxarmayacaq, çünki Putin belə məğlubiyyətin əslində "qələbə" olduğunu öz xalqına inandırmağa cəhd edə bilər.
 
Rusiya tərəfindən nüvə təhdidləri
 
Ukaynaya qarşı tammiqyaslı müharibə başlanandan sonra Putin dəfələrlə Ukraynaya bu və ya digər yardıma görə dünyanı nüvə silahı ilə təhdid edib.
 
Fevralın sonunda Putin Ukraynaya qoşun göndərən ölkələri "faciəli nəticələrlə" təhdid edib. Diktator o cümlədən
bəşəriyyətin məhv olması anlamına gələn nüvə müharibəsinin "gerçək təhlükəsindən" danışıb.
 
NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Alyans Rusiya və Çin tərəfdən artan təhlükə qarşısında nüvə silahının böyük sayını döyüş hazırlığı vəziyyətinə gətirilməsi imkanını nəzərdən keçirir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
50
moderator.az

10Mənbələr