AZ

AÇ-2024: Niderland və İngiltərədən qələbə 

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha üç oyun keçirilib.

Fanat.Az xəbər verir ki, üçüncü oyun günündə D və C qrupunda qarşılaşmalar reallaşıb.

Günün ilk matçı D qrupunda gerçəkləşib. Hamburq şəhərində Polşa və Niderland milliləri münasibətlərinə aydınlıq gətiriblər. Qarşılaşmanın start fiti saat 17:00-da səsləndirilib. Hesabı Polşa açsa da, geridönüş edən "portağallar" qitə birinciliyinə əzmkar qələbə ilə başlayıblar.

C qrupunun ilk dueli isə Ştutqartda reallaşıb . Saat 20:00-da başlayan oyunda Sloveniya yığması Danimarkanı sınağa çəkib. Oyun qollu bərabərliklə yekunlaşıb.

Günün son qarşılaşması da eyni qrupda oynanılıb. Helzenkirhen şəhərində, saat 23:00-da start götürən matçda Serbiya və İngiltərə seçmələri üz-üzə gəliblər. Oyun ingilislərin minimal hesablı qələbəsi ilə bitib.

-2024
D qrupu, I tur
16 iyun

Polşa - Niderland 1:2

Qollar: Buksa, 16 - Qakpo, 29. Veqhorst, 83.
Baş hakim: Artur Diaş (Portuqaliya).
Hamburq, “Folksparkştadion” stadionu.

C qrupu, I tur

Sloveniya - Danimarka 1:1

Qollar: Yanja, 77 - Eriksen, 17

Baş hakim: Sandro Şerer (İsveçrə).

Ştutqart, "MHP Arena" stadionu.

Serbiya - İngiltərə 0:1

Qol: Bellingem, 13

Baş hakim: Daniele Orsato (İtaliya).

Helzenkirhen, "Feltins Arena" stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
14
fanat.az

10Mənbələr