AZ

Portuqaliya qələbə qazandı -

Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində keçirilən Portuqaliya - Çexiya görüşü başa çatıb.Metbuat.az xəbər verir ki, F qrupunda baş tutan matçda Portuqaliya millisi 2:1 hesablı qələbə qazanıb.62-ci dəqiqədə Lukaş Povodun qolu sayəsində əvvəlcə Çexiya millisi hesabda önə keçib. Ardından çexiyalı futbolçu Robin Hranak 69-cu dəqiqədə avtoqol müəllifi olmaqla hesabı bərabərləşdirib. Qarşılaşmada son nöqtəni 90+2-ci dəqiqədə Fransisko Konseysao qoyub.

Qeyd edək ki, F qrupunun digər matçında Türkiyə millisi Gürcüstan komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
18
metbuat.az

10Mənbələr