AZ

AVRO-2024: Niderland turnirə qələbə ilə başladı - YENİLƏNİB

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilib.

Adalet.az xəbər verir ki, D qrupunun ilk matçı Polşa və Niderland milliləri arasında baş tutub.

Hamburq şəhərində gerçəkləşan qarşılaşmada "narıncılar" 2:1 hesabı ilə qələbə qazanıb.

Görüşdə hesabı Polşa yığması açıb. 16-cı dəqiqədə Adam Buksa fərqlənib. İlk yarım saatın tamamına bir dəqiqə qalmış Kodi Qakpo “status-kvo”nu bərpa edib. Oyunun yekun nəticəsini isə final fitinə 7 dəqiqə qalmış adını tabloya yazdıran Vaut Veqhorst müəyyənləşdirib.

 

***18:44

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında hesab növbəti dəfə dəyişib.

Adalet.az xəbər verir ki, "narıncılar" hesabda önə keçiblər.

83-ü dəqiqədə Vaut Veqhorst komandasını hesabda irəli çıxarıb.

 

***18:16

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında ikinci hissə başlayıb..

Adalet.az xəbər verir ki, fasilədən sonra hesab bərabərdir - 1:1.

Polşanın heyətində Adam Buksa, holladlardan isə Kodi Qakpo fərqlənib.

 

***17:51

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında ilk hissə başa çatıb.

Adalet.az xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yolanıblar.

Polşanın heyətində Adam Buksa, holladlardan isə Kodi Qakpo fərqlənib.

***17:38

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında hesab bərabərləşib.

Adalet.az xəbər verir ki, ilk yarım saatın tamamına bir dəqiqə qalmış Kodi Qakpo "narıncılar"ın bərabərlik qolunu vurub - 1:1.

Qarşılaşma davam edir.

 

***17:18

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, 16-cı dəqiqədə Adam Buksa "narıncılar"ı cəzalandırıb.

Qarşılaşma davam edir.

 

***17:00

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, D qrupunun ilk matçı Polşa və Niderland milliləri arasında start götürüb.

Hamburq şəhərindəki oyunu portuqaliyalı baş hakim Artur Diaş idarə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
14
adalet.az

10Mənbələr