AZ

AVRO-2024: Portuqaliyadan çətin qələbə

Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində keçirilən Portuqaliya – Çexiya görüşü başa çatıb.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, F qrupunda baş tutan matçda Portuqaliya millisi 2:1 hesablı qələbə qazanıb.

62-ci dəqiqədə Lukaş Povodun qolu sayəsində əvvəlcə Çexiya millisi hesabda önə keçib. Ardından çexiyalı futbolçu Robin Hranak 69-cu dəqiqədə avtoqol müəllifi olmaqla hesabı bərabərləşdirib. Qarşılaşmada son nöqtəni 90+2-ci dəqiqədə Fransisko Konseysao qoyub.

Qeyd edək ki, F qrupunun digər matçında Türkiyə millisi Gürcüstan komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
7
heftelik.az

10Mənbələr