AZ

"Rusiya Ukrayna üzrə ikinci sülh sammitində iştirak edə bilər" - Ukrayna prezidentinin Ofisi

 
"İsveçrədəki sülh sammitinin məqsədi sülh prosesinə başlamaq, etimad yaratmaq və növbəti addımlar üçün təkliflər dairəsini müəyyən etməkdir..."
 
İsveçrədə keçiriləcək sülh sammiti inauqurasiya xarakterli olacaq, növbəti sammitdə ilk sammtin nəticələri nəzərdən keçiriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müavini İqor Jovkva bəyan edib. Məlumatı "radio1.ru" nəşri yayıb.
 
"Bu sülh ammitində biz artıq ilk sammitin və Ukraynada sülh haqqında "yol xəritəsi"nin nəticələri üzrə danışacağıq", - o, milli telemarafonun efirində deyib.
 
Məmur həmçinin qeyd edib ki, belə sammitin Rusiyanın iştirakı ilə formatı istisna edilmir.
 
"Ukrayna və müttəfiqlərinin işləyib hazırladığı ümumi planı bölüşən ölkələrin təcavüzkar ölkəyə çatdıracağı və o, öz şərtlərini diqtə etməyərək birliyi eşidəcəyi təqdirdə biz Rusiyanın iştirakını istisna etmirik", - Jovkva əlavə edib.
 
İsveçrədə sülh sammiti - detallar
 
Bu gün İsveçrədə bütün dünya üzrə təxminən 100 ölkənin, o cümlədən 50-yə yaxın dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Qlobal Sülh Sammiti başlayır. 
 
Sammitin keçirilməsi üçün prezident Zelenski dəstək üçün onlarla ölkəni ziyarət edib, 150-dən çox dəvət göndərilib və dünya ölkələri ilə təhlükəsizlik üzrə sazişlər imzalanıb.
 
İsveçrə hökuməti Ukrayna üzrə sammitdə 100 nümayəndə heyətinin, onlardan 92 ölkə və 8 təşkilatın iştirak edəcəyini təsdiq edib.
 
Hökumət qeyd edib ki, tədbirə 57 prezident gələcək, sammiti İsveçrənin dövlət başçısı Viola Amerd açacaq.
 
"Sammitin məqsədi sülh prosesinə başlamaq, etimad yaratmaq və bu prosesdə növbəti addımlar üçün təkliflər dairəsini müəyyən etməkdir", - sammit ərəfəsində hökumətin bəyanatında deyilir.
Seçilən
146
34
moderator.az

10Mənbələr