AZ

"Qərbin xudbinliyi və təkəbbürü dünyada təhlükəli vəziyyətə gətirib çıxarıb" - Putin

"Qərb "soyuq müharibə"də qalib gəldiyinə görə dünya düzənini müəyyən edə biləcəyinə qərar verib..."

"Biz Avroatlantik təhlükəsizliyinin iflasının şahidləriyik və Avropada yeni təhlükəsizlik konturunu formalaşdırmaq lazımdır..."

Putin dünyanın geriyə dönüş nöqtəsi olmayan vəziyyətə yolverilməz dərəcədə yaxınlaşdığı barədə xəbərdarlıq edib.

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, onun ölkəsi geriyə dönüşü olmayan nöqtəyə yaxınlaşıb və indi özü Avrasiyada təhlükəsizlik sistemini işləyib hazırlamalıdır.

Moderator.az xəbər verir ki, bu barədə o, Rusiya Xarici İşlər Nazirliyində keçirilən görüşdə bəyan edib. Məlumatı "Anadolu" agentliyi yayıb.

Onun sözlərinə görə, Rusiya əvvəllər təhlükəsizlik sahəsində konstruktiv təkliflər irəli sürüb, lakin bütün bu cəhdlər cavabsız qalıb.

Rusiya prezidentinin sözlərinə görə, Qərb "soyuq müharibə"də qalib gəldiyinə görə dünya düzənini müəyyən edə biləcəyinə qərar verib.

"Qərbin xudbinliyi və təkəbbürü sonucda təhlükəli vəziyyətə gətirib çıxarıb", - o, vurğulayıb.

"Biz geriyə dönüşü olmayan nöqtəyə yolverilməz dərəcədə yaxınlaşmışıq. Biz Qərb siyasətçilərinin həddən artıq avantürizmini görürük", - o, qeyd edib.

Putinin fikrincə, ABŞ dünyada strateji sabitliyi sarsıdıb.

Rusiya lideri Vaşinqtonun təhlükəsizlik haqqında bütün müqavilələrdən çıxdığını xatırladıb və vurğulayıb ki, Qərb özünün cəzasızlığı və müstəsnalığına inama mübtəla olub. Bu, faciə ilə nəticələnə bilər.

"ABŞ özünün NATO satellitləri ilə birlikdə Avropa məkanında onilliklərlə yaradılan etimad tədbirləri və silahlar üzərində nəzarət sistemini dağıdıb", - o, iddia edib.

Rusiya liderinin sözlərinə görə, öz növbəsində NATO-nun diplomatiyası ondan ibarətdir ki, hər-hansı bir ölkəni ittiham etsin və bütün gücünü onun üzərinə yönəltsin.

Bu zaman o, qeyd edib ki, heç bir ölkə NATO-nun zərbəsi altına düşməkdən sığortalanmayıb. Putin İraq, Suriya, Liviya və Əfqanıstanı buna misal olaraq göstərib.

Onun fikrincə, Avropada təhlükəsizlik sistemini yenidən yaratmaq lazımdır.

"Gələcək təhlükəsizlik arxitekturası bunu arzulayan Avrasiya ölkələrinin, o cümlədən NATO üzvlərinin hamısı üçün açıq olmalıdır", - o, izah edib və Avrasiyada yeni təhlükəsizlik sisteminin bütün potensial iştirakçıları-MDB, ŞƏT, BRIKS-lə dialoqu nizama salmağı təklif edib.

Bu zaman o, qeyd edib ki, Rusiya BMT daxilində də bölünməz təhlükəsizlik sistemi barədə dialoqda da maraqlıdır.

O, vurğulayıb ki, gələcək təhlükəsizlik sistemi onun yaradılmasında iştirak etmək istəyən bütün Avrasiya ölkələri üçün açıq olmalıdır.

"Hamı üçün" həm də, şübhəsiz ki, Avropanın NATO ölkələrini də nəzərdə tutur. Biz bir qitədə yaşayırıq, nə baş verməsindən asılı olmayaraq, coğrafiyanı dəyişmək mümkün deyil, bizə istər-istəməz birlikdə dinc yanaşı yaşamaq lazım gələcək", - Putin vurğulayıb.

Əgər Avropa müstəqi inkişaf mərkəzlərindən biri kimi qalmaq istəyirsə, Rusiya ilə yaxşı münasibətlərdə olmalıdır, Putin qeyd edib və vurğulayıb ki, onun ölkəsi buna hazırdır.

"Dünya birliyinin təhlükəsizlik sahəsində etibarlı və ədalətli düzəni yaratmaq üçün unikal şansı olub, - o, izah edib. - Bunun üçün o qədər də çox şey tələb edilməyib, bu da bütün maraqlı tərəfləri dinləmək və bunları qarşılıqlı olaraq nəzərə almağa hazır olmaq qabiliyyətidir.

Biz durmadan Qərbin tutduğu yolun yanlış olduğunu deyirdik. Biz Avroatlantik təhlükəsizliyinin iflasının şahidləriyik. Faktiki olaraq bunu yenidən yaratmaq, Avrasiyada yeni təhlükəsizlik konturunu formalaşdırmaq lazımdır".

"Avrasiyada kollektiv təhlükəsizliyin ikitərəfli və çoxtərəfli zəmanətlərin yeni sisteminin yaradılması barədə geniş müzakirəsinə başlamağın zamanı yetişib", - Rusiya prezidenti deyib.

"Bu zaman perspektivdə xarici dövlətlərin Avrasiya regionunda hərbi iştirakının tədricən aradan qaldırılmasına doğru hərəkət etmək lazımdır", - Putin deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
moderator.az

10Mənbələr