AZ

Fransızların 57 faizi Makronun istefasını istəyir - Sorğu

Paris, 4 iyun, AZƏRTAC,

“Europe1”, “CNews” və “Le Journal du Dimanche” kimi media orqanlarının sifarişi ilə keçirilmiş sosial sorğusunun nəticələrinə görə, fransızların 57 faizi Prezident Emmanuel Makronun istefasını istəyir.

AZƏRTAC xəbər verir ki, Fransada bütün yaş qrupları arasında aparılan sorğu iştirakçılarının 57 faizi növbədənkənar parlament seçkilərində Makronun partiyasının növbəti dəfə uğursuzluğa düçar olacağı təqdirdə, Prezidentin istefa verməli olduğunu bildiriblər. İkinci məğlubiyyətdən sonra ölkə Prezidentinin istefa verməsini istəyənlərin əksəriyyəti 18-24 yaş arasında olan seçicilərdir (76 faiz).

Siyasi cərəyanlara gəldikdə, solçuların 56 faizinin fikrincə, E. Makron Yelisey sarayındakı fəaliyyətinə son qoymalıdır. Sağçıların isə 75 faizi E. Makronun ikinci mandatı bitmədən Yeliseyi tərk etməsini arzulayır. “Milli Birlik” Partiyasının tərəfdarlarının 83 faizi ölkə Prezidentinin istefasını görmək istəyir.

Daha çox diqqət cəlb edən isə odur ki, E. Makron özünün düşərgəsinin üzvlərinin 30 faizi onun getməsini gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
3
azertag.az

10Mənbələr