AZ

Fransızların böyük əksəriyyəti Makronun istefasını istəyir

Bakı. Trend:

“Europe1”, “CNews” və “Le Journal du Dimanche” kimi mediaorqanlarının sifarişi ilə keçirilmiş sosial sorğunun nəticələrinəgörə, fransızların 57 faizi Prezident Emmanuel Makronun istefasınıistəyir.

Trend xəbər verir ki, Fransada bütün yaş qrupları arasındaaparılan sorğu iştirakçılarının 57 faizi növbədənkənar parlamentseçkilərində Makronun partiyasının növbəti dəfə uğursuzluğa düçarolacağı təqdirdə, Prezidentin istefa verməli olduğunubildiriblər.

İkinci məğlubiyyətdən sonra ölkə Prezidentinin istefa verməsiniistəyənlərin əksəriyyəti 18-24 yaş arasında olan seçicilərdir (76faiz).

Siyasi cərəyanlara gəldikdə, solçuların 56 faizinin fikrincə,E.Makron Yelisey sarayındakı fəaliyyətinə son qoymalıdır.Sağçıların isə 75 faizi E.Makronun ikinci mandatı bitmədən Yeliseyitərk etməsini arzulayır. “Milli Birlik” Partiyasınıntərəfdarlarının 83 faizi ölkə Prezidentinin istefasını görməkistəyir.

Daha çox diqqət cəlb edən isə odur ki, E.Makronun özünündüşərgəsinin üzvlərinin 30 faizi onun getməsini gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
7
az.trend.az

10Mənbələr