AZ

Kanadalıların əksəriyyəti Trüdonun istefasını istəyir

Ölkə sakinlərinin 68 %-i Kanadanın Baş naziri Castin Trüdonu bu postda görmək istəmir.

“İki sahil” xəbər verir ki, bu barədə “Ipsos” tədqiqat şirkətinin sifarişi ilə sosioloji sorğu keçirən “Global News” telekanalı məlumat yayıb.

Bildirilib ki, respondentlərin 68 %-i baş nazir və Kanadanın hakim Liberal Partiyasının liderinin istefasını istəyir.

Hökumət başçısına ən az etimad göstərən ölkənin qərbi Alberta (79 %) və Atlantik regionlarıdır (76 %).

Hazırda respondentlərin 42 %-i müxalif Kanada Mühafizəkarlar Partiyasına, yalnız 24 %-i isə liberallara səs verməyə hazırdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
3
ikisahil.az

10Mənbələr