AZ

Kanadalıların əksəriyyəti Trüdonun istefasını istəyir

Ölkə sakinlərinin 68 %-i Kanadanın Baş naziri Castin Trüdonu bu postda görmək istəmir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Ipsos" tədqiqat şirkətinin sifarişi ilə sosioloji sorğu keçirən "Global News" telekanalı məlumat yayıb.

Bildirilib ki, respondentlərin 68 %-i baş nazir və Kanadanın hakim Liberal Partiyasının liderinin istefasını istəyir.

Hökumət başçısına ən az etimad göstərən ölkənin qərbi Alberta (79 %) və Atlantik regionlarıdır (76 %).

Hazırda respondentlərin 42 %-i müxalif Kanada Mühafizəkarlar Partiyasına, yalnız 24 %-i isə liberallara səs verməyə hazırdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
3
milli.az

10Mənbələr