AZ

Husilər: 3 gəmini hədəf aldıq

Husilərin hərbi sözçüsü Yəhya Seri televiziyada yayımlanan çıxışında Qırmızı dəniz və Oman dənizində 3 hərbi əməliyyat keçirdiklərini bildirib.

News24.az xəbər verir ki, Seri Husilərin Oman dənizində Verbena gəmisini ballistik raketlə vurduğunu və gəminin alovlandığını bildirib.

Qırmızı dənizdəki “SeaGuardian” və “Athena” gəmilərinin də birbaşa ballistik raketlər və PUA-larla vurulduğunu qeyd edən Seri, gəmilərə məxsus təşkilatlar haqqında məlumat verməyib.

Seri bildirib ki, hücumlar “Fələstin xalqına qarşı zülmün qələbə çalmasına, ABŞ və Böyük Britaniyanın Yəmənə hücumlarına cavab olaraq” həyata keçirilib.

Hərbi sözçü vurğulayıb ki, "İsrailin hücumları dayanmayınca və Qəzza zolağında Fələstin xalqına tətbiq olunan blokada aradan qalxmayınca bu hücumlar dayanmayacaq".

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
5
news24.az

6Mənbələr