AZ

Husilər 24 saatda 3 gəmini hədəf alıb

Yəməndə İranın dəstəklədiyi husilər son 24 saat ərzində Qırmızı dəniz və Oman dənizində 3 gəmini ballistik raketlər və pilotsuz uçuş aparatları ilə vurduqlarını açıqlayıblar.

"Cebhe.info" xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Seri televiziyada yayımlanan çıxışında Qırmızı dəniz və Oman dənizində 3 hərbi əməliyyat keçirdiklərini bildirib.

Seri Hhusilərin Oman dənizində Verbena gəmisini ballistik raketlə vurduğunu və gəminin alovlandığını deyib.

Qırmızı dənizdəki “SeaGuardian” və “Athena” gəmilərinin də birbaşa ballistik raketlər və İHA-larla vurulduğunu qeyd edən Seri, gəmilərə məxsus təşkilatlar haqqında məlumat verməyib.

Seri bildirib ki, hücumlar “Fələstin xalqına qarşı zülmün qələbə çalmasına, ABŞ və Böyük Britaniyanın Yəmənə hücumlarına cavab olaraq” həyata keçirilib.

 Hərbi sözçü vurğulayıb:

"İsrailin hücumları dayanmayınca və Qəzza zolağında Fələstin xalqına tətbiq olunan blokada aradan qalxmayınca bu hücumlar dayanmayacaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
5
cebheinfo.az

6Mənbələr