AZ

Son 24 saatda 3 gəmini hədəf aldıq - Husilər

Yəmən mərkəzli husilər son 24 saat ərzində Qırmızı dəniz və Oman dənizində 3 gəmini ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə vurduqlarını açıqlayıb.

525.az xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Seri televiziyada yayımlanan çıxışında Qırmızı dəniz və Oman dənizində 3 hərbi əməliyyat keçirdiklərini bildirib. Seri husilərin Oman dənizində "Verbena" gəmisini ballistik raketlə vurduğunu və gəminin alovlandığını qeyd edib.

Qırmızı dənizdəki "SeaGuardian" və "Athena" gəmilərinin də birbaşa ballistik raketlər və PUA-larla vurulduğunu qeyd edən Seri, gəmilərə məxsus təşkilatlar haqqında məlumat verməyib.

Məhəmməd Tağıyev























Bizi Facebookda izləyin

Seçilən
90
5
525.az

6Mənbələr