AZ

Apple tərəfindən elan edilən “ağıllı” Siri gələn il də iPhone-da olmayacaq

Təkmilləşdirilmiş Siri səs köməkçisi kimi bəzi Apple Intelligence xüsusiyyətləri 2025-ci ilə qədər iPhone-da olmayacaq.

Valyuta.az bu barədə NV-yə istinadla xəbər  verir.

Bu həftə WWDC-də Apple Intelligence-in xüsusi süni intellekt xüsusiyyətlərini təqdim edərkən, şirkət yerləşdirmə üçün heç bir dəqiq vaxt təqdim etməyib. Bir press-relizdə Apple söz verib ki, Apple Intelligence iPhone, iPad və Mac üçün gələcək beta proqram təminatında əlçatan olacaq.

Şirkət "bəzi funksiyalar, proqram platformaları və əlavə dillərin gələn il istifadəyə veriləcəyini" söyləyib.  Gizmodo  xəbər verir ki, xüsusən də Siri səsli köməkçisinin elan edilmiş bəzi funksiyaları gələn ilə qədər görünməyəcək.

Yada salaq ki, elana görə, Siri, süni intellekt sayəsində ChatGPT-dən istifadə edərək məlumat axtarışını dəstəkləməyə başlamalı, mətn və səs sorğularını daha yaxşı başa düşməli, ekranda baş verənləri tanımalı, “tətbiqlərdə və proqramlar arasında yüzlərlə və daha çox hərəkət” yerinə yetirməlidir. 

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
34
valyuta.az

10Mənbələr