AZ

Cənubi Qafqazda gedən siyasi proseslərdə Rusiyanı kənarda qoymaq real yanaşma olmayacaq – Politoloq

ABŞ-nın Rusiyanın arxa bağçası adlandırdığı regionlardan onu sıxışdırıb çıxarmaq planı illərdir var. Və bunu müəyyən mənada Baltikyanı ölkələrdə, Moldovada, Ukraynada etməyi bacardı. Lakin Cənubi Qafqaz və yaxud mərkəzi Asiya məsələsi bu qədər asan deyil. Xüsusilə Cənubi Qafqazda Rusiyanın təsir imkanları kifayət qədər çoxdur. ABŞ heç qurulmamşdan Rusiya Cənubi Qafqazda olub. Bu belə özlüyündə ABŞ, Rusiya, Cənubi Qafqaz mübarizəsinin qalibinin kim olacağını göstərir.

Bu fikirləri Herbiand.az-a politoloq Turan Rzayev bildirib. Politoloqun sözlərinə görə, Rusiyanın zəifləməsinə, bir dövlət olaraq Ukrayna müharibəsində ikinci plana keçməsi ABŞ-nın bu ölkəni üstələdiyi mənasına gəlmir. Əksinə 2-3 ilə yaxındır müharibə davam edir. Və ABŞ istədiyi effekti əldə edə bilmir:

“Hamının bunu gözlədiyi halda Rusiya çökmədi. Bu da kifayət qədər diqqət çəkir. Və onu deməyə əsas verir ki, Rusiya Ukrayna müharibəsinə hazırlıqlı imiş. İndiki məqamda ABŞ Gürcüstanda, Ermənistanda müəyyən təsir dairələrinə sahib olsa da, reallıq ondan ibarətdir ki, Rusiya Cənubi Qafqaz siyasətində olan bir dövlətdir. Burda gedən siyasi proseslərdə bu ölkəni kənarda qoymaq real yanaşma olmayacaq”.

Politoloq Azərbaycanın Qarabağ məsələsindəki yanaşmasında Rusiyanı nəzərə alması nəticə etibarı ilə ölkəmizə qələbəni gətirdiyini vurğuladı:

“Bu, qələbəni bizə Rusiya verdi anlamına gəlmir. Zəfəri biz qazandıq. Amma Rusiyanın da varlığını nəzərə alaraq balans siyasətini apardıq. Və fürsətlərdən düzgün istifadə etdik”.

Turan Rzayev ABŞ-nın Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaq istəyinin mümkün olmayacağını bildirdi:

“İndiki məqamda ABŞ Cənubi Qafqaza nə qədər təsir etmək istəsə də, Rusiyanı burdan tam sıxışdırıb çıxarması mümkün deyil. Rusiya hərbi baxımdan Cənubi Qafqazda olmasa belə, siyasi və diplomatik baxımdan hələ də bu regiondadır. Böyük ehtimalla hələ uzun müddət də qalacaqdır”.

Politoloq Obraynenin İrəvan səfərinə diqqət çəkərək bunun bir çox məsələlərlə bağlı ola biləcəyini dedi:

“Ümumiyyətlə Ermənistanla ABŞ münasibətləri son illərdə genişlənib. Cənubi Qafqaza Amerikanın pay sahibi olmaq niyyəti var. Bunu gerçəkləşdirməsi o qədər real görünmür. Ermənistanın özünün qərbpərəst Paşinyan hakimiyyəti olmasına baxmayaraq, bu ölkədə artıq Paşinyana alternativ qüvvələr formalaşır. Keşiş Baqratın da Rusiya tərəfindən ortaya atılmış bir kart olduğunu da şübhəsiz demək mümkündür. Yəni bütün bu məsələləri nəzərə alıb deyə bilərik ki, ABŞ-nın Cənubi Qafqaza təsir etmək cəhdləri var. Lakin bu cəhdlərin nə qədər uğulu olacağını zaman göstərəcək. Ümumi mənada hələ ki, o qədər də uğurlu görünmür”.

Elnurə İSAXAN  

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
34
herbiand.az

10Mənbələr