AZ

"Gürcüstan istiqamətində Yevlaxdan Balakənə qədər yolun təkmilləşdirilməsinə ehtiyac var" - Nəqliyyat eksperti

Gürcüstan və Azərbaycan yeni gömrük-keçid məntəqəsi açacaq. Artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev BiG.AZ-a bildirib ki, Gürcüstan bizim üçün strateji əhəmiyyəti olan ölkədir və Gürcüstan istiqamətində bütün kommunikasiyalarımız keçir:

"Azərbaycanın qonşuları ilə nə qədər çox sərhəd keçid məntəqəsi varsa, Azərbaycanın üstünlüyüdür. Bizim bir yolumuz varsa, bu bir reallıqdır, iki yolumuz varsa, fərqli reallıqdır və nə qədər çox olsa, bizim üçün əlavə üstünlüklərdir.Düşünürəm ki, fərqli nəqliyyat növləri üzrə bu çeşidi artırmaq lazımdı. Əgər dəmir yolu sərhədə kimi gəlirsə, onu hökmən qonşuların dəmir yolu ilə əlaqələndirmək lazımdı. Avtomobil yolu varsa, birindən asılı düşməmək üçün digər keçidlər təmin olunmalıdır. Həmçinin əgər qısa məsafədə piyada keçid mümkündürsə, bunu da etmək lazımdır. Gürcüstan da bizim üçün strateji əhəmiyyəti olan ölkədir və Gürcüstan istiqamətində bütün kommunikasiyalarımız keçir. Son zamanlar Şərq-Qərb dəhlizinin müstəsna önəmini müşahidə edirik və bu növ yeni keçidlər, kommunikasiyaların açılması sərhədyanı rayonlarda yaşayan əhalimiz üçün müsbət təsir göstərəcək, həm ölkənin əhəmiyyətini artırmış olacaq. Bu növ yeni sərhəd keçid məntəqələrini digər qonşularımızla da təmin etmək yerinə düşər. Bundan öncə Rusiya ilə yeni Xanoba sərhəd keçid məntəqəsi açılmışdı. Həmçinin Rusiya sərhədində 3 keçid məntəqəsi Şirvanlı, Xanoba və Samur keçid məntəqələrini əlaqələndirən avtomobil yolu çəkildi. Bakıdan Rusiya istiqamətində yeni avtomobil yolu çəkilmişdi. Hazırda Gürcüstan istiqamətində də avtomagistralın son hissəsi tamamlanır. Gürcüstan istiqamətində Yevlaxdan Balakənə qədər yolun təkmilləşdirilməsinə ehtiyac var. Çünki yük haqqı artır. Həmçinin Balakəndən dəmiryolunun Gürcüstan istiqamətində olan dəmiryoluna əlaqələnməsinə ehtiyac var. İran istiqamətində də fərqli layihələr icra olunur. Horadiz-Ağbənd dəmiryolu İran istiqamətində yeni yoldur. Gələcəkdə İmişli-Parsabad dəmir yolunun tikintisi də gözlənilir".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
34
big.az

10Mənbələr