AZ

"Sevgi düşkünüdür, həmişə kişiyə ehtiyac duyur..." - Lopez və Afflekin ayrılıq səbəbi AÇIQLANDI

"Hollivud ulduzları Cennifer Lopez və Ben Afflek açıq şəkildə boşanmağa hazırlaşır. Cütlüyün ayrılmasının başlıca səbəblərindən biri müğənninin sevgi asılılığıdır". 

 

Sfera.az bildirir ki, “JLo and Ben: Buraxılmış Xəbərdarlıq İşarələri” adlı yeni sənədli filmi yayımlanıb.

 

Filmdə iştirak edən həkimlər - Fil, Dryu, terapevt Cenn Mann və prodüser Con Piters bu münasibətin alınmamasının bir çox səbəbi olduğunu qeyd ediblər.

 

Psixoterapevt Cenn Mann qeyd edib ki, Cennifer Lopez heç vaxt tək olmayıb. “Flashdance” və “The Prince of Tides” kimi filmlərin prodüseri Con Piters isə onu “sevgi düşkünü” adlandırıb və  həyatında daim bir kişiyə ehtiyacı olduğu bildirib.

 


Həkim Dryu və terapevt Cenn Mann, Lopezin çox tez-tez sevgili dəyişdirdiyini və indiyə qədər yaşadığı hər münasibətdə sərtləşdiyini iddia edirlər. Onların fikrincə, Cennifer səhvlərini təhlil etmir.

 

Bütün ekspertlər hesab edirlər ki, hər hansı bir insanın münasibətlərin bitdiyi anda özü ilə tək qalması vacibdir. Növbəti münasibətin normal və davamlı olması üçün nəyin yolunda getmədyini anlamaq lazımdır.

 

"Lopezdə  belə olmadı... O, heç vaxt tək deyildi" - psixoterapevt Cenn Mann bildirib.

 

Aynil

 

Seçilən
138
34
sfera.az

10Mənbələr