AZ

Ermənistanda aksiyalar zamanı 55 nəfər xəstəxanaya yerləşdirildi

Ermənistanın paytaxtı İrəvanda parlament binası yaxınlığında keçirilən aksiyadan sonra 55 nəfər xəstəxanaya yerləşdirilib.
 

Sfera.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan Teleqram kanalı respublikanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.


“Yeddi nəfər Ermənistan parlamentinin binasından təcili yardım maşını ilə xəstəxanaya aparılıb”, - nəşr yazıb.
 

İdarədən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən xəstələrin sayı dəyişə bilər.
 

Bundan bir qədər əvvəl Ermənistanda polis arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın ölkə parlamenti yaxınlığında aksiya keçirən tərəfdarlarını saxlamağa başlayıb. Ermənistan parlamentinin binasına çoxlu sayda polisin toplandığı dəqiqləşdirilib.

 

İnci

Sfera.az
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
sfera.az

10Mənbələr