AZ

Ukraynalılar Rusiya şəhərini atəşə tutublar: itkilər olub

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Şebekino şəhəri iyunun 14-də günorta saatlarında atəşə tutulub.

 

Nəticədə yaşayış binasının girişi uçub. Qubernatorun sözlərinə görə, üç nəfər yaralanıb.

 

Rusiya Fövqəladə Hallar Nazirliyi girişin çökdüyü yerdə axtarış işləri apardığını bildirib.

 

Əməliyyat xidmətlərinin bildirdiyinə görə, yaşayış binasının uçmuş girişinin dağıntıları altında insanlar ola bilər. 15 mənzilin dağıldığı qeyd edilir.

 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Şebekində dağıntılar altından iki nəfəri xilas edib, zərərçəkənlərin sayı 5-ə çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
18
oxu24.com

10Mənbələr