AZ

Belqorod vilayətində Ukraynaya məxsus pilotsuz uçan aparat məhv edilib

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində səmada Ukraynaya məxsus pilotsuz təyyarəni məhv edib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.

 

Ukrayna Silahlı Qüvvələri tərəfindən buraxılan təyyarə tipli pilotsuz uçuş aparatı Moskva vaxtı ilə saat 16.00 radələrində vurulub, Rusiya Müdafiə Nazirliyi bildirib.

 

İyunun 13-də Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat mülki şəxslərin olduğu avtomobilə hücum edib, nəticədə bir nəfər beyin silkələnməsi və başından qəlpə yaraları, ikincisi isə üzündən qəlpə yarası ilə xəstəxanaya yerləşdirilib.

 

Mayın sonunda Ukrayna Silahlı Qüvvələri Şebekinoda kamikadze pilotsuz uçan aparatdan istifadə edərək avtomobilə hücum edib və o, yolun kənarına uçub. Xəsarət alan olmasa da, qəlpələrdən avtomobilə ziyan dəyib.

 

Belqorod vilayəti mütəmadi olaraq Ukrayna hərbçiləri tərəfindən raket atəşinə və pilotsuz təyyarələrin hücumlarına məruz qalır. Region Ukraynanın Xarkov vilayəti ilə həmsərhəddir.

 

Bundan əvvəl pilotsuz təyyarələr Yaroslavl və Vladimir vilayətləri üzərində vurulub.

 

Nigar


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
18
oxu24.com

10Mənbələr