AZ

Belqorod vilayəti üzərində pilotsuz təyyarə vurulub

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni vurub.

 

Oxu24.com xəbər verir  ki,b barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Moskva vaxtı ilə təxminən saat 18:00 radələrində Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA Rusiya regionu üzərində aşkar edilərək məhv edilib.

 

Dağıntı və tələfat barədə məlumat yoxdur.

 

Bundan əvvəl hərbi idarə həftə ərzində hava hücumundan müdafiə sistemlərinin nəticələri haqqında məlumat verib. Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus MiQ-29 qırıcısını və düşmənin 465 pilotsuz uçuş aparatını məhv edib.

 

Həmçinin, Ukrayna Silahlı Qüvvələri aerodromlarda məhv edilən iki Mi-8 helikopterini və Su-27 və Su-25 təyyarələrini itirib.

 

İyunun 15-də Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin son 24 saat ərzində 54 Ukrayna pilotsuz təyyarəsinin vurulduğunu bildirib.

 

Bir gün əvvəl Rostov vilayətinin hava məkanında 70 pilotsuz uçuş aparatı dərhal məhv edilib. Daha 17 Ukrayna pilotsuz uçan aparatı Kursk, Volqoqrad, Voronej, Belqorod vilayətlərində və Krım Respublikasında zərərsizləşdirilib.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
18
oxu24.com

10Mənbələr