AZ

Qəzzaya gedəcək 2 min yük maşını Misirdə gözləyir

Rəfah Sərhəd Qapısının bağlanması səbəbindən Qəzza zolağına getməyi planlaşdırılan humanitar yardım və ticarət məhsulları daşıyan 2 mindən çox yük maşınının Misir tərəfində gözlədiyi açıqlanıb.

525.az xəbər verir ki, Misirdə Qəzzaya getmək üçün gözləyən çox sayda yük maşınının görüntüsü Avropa İttifaqı Mülki Müdafiə və Humanitar Yardım Baş İdarəsinin sosial media hesabında paylaşılıb.

Belə ki, təxminən 2,3 milyon fələstinlinin aclıqla mübarizə apardığı Qəzzaya yardım və ticarət məhsulları daşıyan yük maşınlarının bölgədə cəmləşdiyi müşahidə edilib.

Məhəmməd Tağıyev






















Bizi İnstagramda izləyin

Seçilən
88
2
525.az

7Mənbələr