AZ

Qəzzaya gedəcık 2 mindən çox yük maşını Misirdə gözləyir

Qəzzaya gedəcık 2 mindən çox yük maşını Misirdə gözləyir

İsrail ordusunun davam edən hücumları və Rəfah Sərhəd Qapısının bağlanması səbəbindən Qəzza zolağına getməyi planlaşdırılan humanitar yardım və ticarət məhsulları daşıyan 2 mindən çox yük maşınının Misir tərəfində gözlədiyi açıqlanıb.Misirdə Qəzzaya getmək üçün gözləyən çoxlu yük maşınının görüntüsü Avropa Birliyi Mülki Müdafiə və Humanitar Yardım Baş İdarəsinin sosial media hesabında paylaşılıb.Təxminən 2,3 milyon fələstinlinin aclıqla mübarizə apardığı Qəzzaya yardım və ticarət məhsulları daşıyan yük maşınlarının bölgədə cəmləşdiyi müşahidə edilib.Açıqlamada AB-nin davamlı, maneəsiz və təhlükəsiz humanitar çıxışı müdafiə etdiyi bildiriıib: “Gərgin hərbi əməliyyatlar və Rəfah Sərhəd Qapısının bağlanması səbəbiylə Misirdə humanitar yardım və ticarət malları daşıyan 2 mindən çox yük maşını girmək üçün gözləyir".İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılması barədə xəbərdarlıq edib.Bunun ardınca mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.Rafah Sərhəd Qapısı bölgədə İsrail işğalının başladığı mayın 7-dən etibarən bağlıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
2
afn.az

7Mənbələr