AZ

Qəzzaya gedən 2 mindən çox yük maşını Misirdə gözləyir

İsrail ordusunun davam edən hücumları və Rəfah Sərhəd Keçid Məntəqəsinin bağlı olması səbəbilə Qəzza zolağına getməli olan 2 mindən çox yük maşını Misirdə qalıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Qəzzada baş verən hadisələrlə bağlı humanitar yardım və ticarət məhsulları daşıyan 2 mindən çox yük maşınının Misir tərəfində gözlədiyi bildirilir.

Qeyd edək ki, İsrail ordusu mayın 6-da verdiyi açıqlamada fələstinli məcburi köçkünlərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılması ilə bağlı xəbərdarlıq edib. Daha sonra isı mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
4
nocomment.az

7Mənbələr