AZ

Ucar və Ləkidə sürətli sərnişin qatarına dayanacaq verilir

“Ötən ilin sonunda Azərbaycana çatdırılmış 4 “FLIRT” qatarı artıq istismara hazırdır. Bu gün Ucar və Ləki stansiyası istiqamətində rəmzi səfər təşkil olunur”.

Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərli deyib.

O bildirib ki, ilk dəfə olaraq sürətli sərnişin qatarlarında Ucar və Ləki stansiyalarında dayanacaq verilir:

“Bu o deməkdir ki, istər Ucar, istər Ağdaş və ətraf rayonların 100 minə yaxın sakini də sürətli sərnişin qatarlarından istifadə əlçatan olacaq. Bu qatarlar müasir qatarlardır, bar vaqon, həmçinin fiziki məhdudiyyətli insanlar üçün vaqon var. Velosipedlərin saxlanılması üçün yer var. İnnovativ təhlükəsizlik sisteminə malikdir”.

Seçilən
93
32
avtosfer.az

10Mənbələr