AZ

100 minə yaxın sakinə xoş xəbər - Əlçatan olacaq

İlk dəfə sürətli sərnişin qatarlarına Ucar və Ləki stansiyalarında dayanacaq verilir.
 

Pravda.az report.az-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərova deyib.
 

Onun sözlərinə görə, ötən ilin sonunda Azərbaycana çatdırılmış 4 "FLİRT" qatarı artıq tam istismara hazırdır: "Bu gün Ucar və Ləki stansiyası istiqamətində rəmzi səfər təşkil edilir".


"İstər Ucar, istərsə də Ağdaş rayonları ətrafında 100 minə yaxın sakinə sürətli sərnişin qatarlarından istifadə etmək əlçatan olacaq", - o vurğulayıb.


O, qatar müasir olmasına da diqqət çəkib: "Qatarda bar vaqon var, o cümlədən fiziki məhdudiyyətli insanlar üçün xüsusi oturacaqlar var. Burda velosipedlərin saxlanması üçün yer təşkil edilib. Qatarın innovativ təhlükəsizlik sistemi var, bu da sərnişinlər rahat və təhlükəsiz çatmasına imkan verir".

Tarix: 12 İyun 2024, 09:42   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
35
pravda.az

10Mənbələr