AZ

100 minə yaxın sakinə xoş xəbər verildi

100

İlk dəfə sürətli sərnişin qatarlarına Ucar və Ləki stansiyalarında dayanacaq verilir.Ulusum.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərova deyib.Onun sözlərinə görə, ötən ilin sonunda Azərbaycana çatdırılmış 4 "FLİRT" qatarı artıq tam istismara hazırdır: "Bu gün Ucar və Ləki stansiyası istiqamətində rəmzi səfər təşkil edilir"."İstər Ucar, istərsə də Ağdaş rayonları ətrafında 100 minə yaxın sakinə sürətli sərnişin qatarlarından istifadə etmək əlçatan olacaq", - o vurğulayıb.O, qatar müasir olmasına da diqqət çəkib: "Qatarda bar vaqon var, o cümlədən fiziki məhdudiyyətli insanlar üçün xüsusi oturacaqlar var. Burda velosipedlərin saxlanması üçün yer təşkil edilib. Qatarın innovativ təhlükəsizlik sistemi var, bu da sərnişinlər rahat və təhlükəsiz çatmasına imkan verir".

Diqqət Çəkənlər

Məktəbli ilə dava edən mühafizəçi işdən çıxarıldı

Qarabağ Universitetində müəllim vakansiyası elan edildi

Lənkəranda qonaq gəldiyi evdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
35
ulusum.az

10Mənbələr