AZ

“Apple” “iPhone” istifadəçilərinə bir neçə neyron şəbəkədən seçim imkanı verəcək

“Apple”ın proqram təminatının inkişafı üzrə baş vitse-prezidenti Kreyq Federiqi “iJustine” nəşrinə müsahibəsində şirkətin qadcetlərində süni intellektin gələcəyi ilə bağlı öz baxışından danışıb.

Valyuta.az xəbər verir ki, bu barədə "9to5Mac" portalı məlumat yayıb.

Federiqi əmin olduğunu bildirib ki, "Apple" gələcəkdə istifadəçilərə "Apple Intelligence" platforması çərçivəsində müxtəlif süni intellekt modellərini seçmək imkanı verəcək. Hal-hazırda, yeganə mövcud seçim "OpenAI"nin ChatGPT-dir. Lakin Federiqi gələcəkdə potensial alternativ olaraq "Google Gemini"ni əlavə etməyə işarə etdi.

“İnsanların son nəticədə müəyyən modellərə üstünlük verəcəyini düşünürük, buna görə də "Google Gemini" kimi digər neyron şəbəkələri ilə əməkdaşlığı səbirsizliklə gözləyirik. Hələ elan ediləcək bir şey yoxdur, lakin biz bu istiqamətdə irəliləyirik”, deyə Federiqi bildirib.

O, ChatGPT-nin xeyrinə seçimi "Apple"ın ən qabaqcıl texnologiya ilə işə başlamaq istəyi ilə izah edib.

Bu ilin sonunda "iOS 18" və şirkətin digər əməliyyat sistemlərinə gələcək "Apple" Intelligence xüsusiyyətləri "iPhone 15 Pro" və sonrakı modellərin sahibləri, həmçinin şirkətin M seriyalı çipləri ilə təchiz edilmiş bütün "Mac" və "iPad" cihazları üçün əlçatan olacaq.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
50
valyuta.az

10Mənbələr