AZ

Keniya: “Biz qul olmayacağıq”

Şərqi Afrika ölkəsi Keniyada vergi artımını nəzərdə tutan “2024-cü il Maliyyə Qanunu”na qarşı çıxan nümayişçilər ölkənin müxtəlif şəhərlərində yenidən nümayişlər keçirib.

News24.az xəbər verir ki, etirazlar paytaxt Nayrobi və Mombasada davam edir.

Sosial şəbəkələrdə yayılan görüntülərə görə, bayraqlar və pankartlarla yürüş edən nümayişçilər əsas küçələri bağlayıblar.

Etiraz zamanı “Biz qul olmayacağıq” və “2024-cü il maliyyə qanun layihəsini rədd edirik” yazılı plakatlar qaldırılıb.

Keniya polisi paytaxt Nayrobidə gənc etirazçıları dağıtmaq üçün həm gözyaşardıcı qazdan, həm də rezin güllələrdən istifadə edib.

Keçən həftə başlayan və daha çox Z nəslinin rəhbərlik etdiyi mitinqlər prezident William Ruto hökumətini təəccübləndirib. Keniya lideri həftə sonu etirazçılarla danışmağa hazır olduğunu söyləyib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
17
news24.az

10Mənbələr