AZ

Dünənki etirazlardan sonra Keniya prezidenti geri addım atdı

Keniya prezidenti Uilyam Rutonun 23 nəfərin öldüyü etirazlardan sonra vergi artımı ilə bağlı qanun layihəsini imzalamadığı açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu gün Rutonun qanun layihəsini düzəliş üçün parlamentə geri göndərməsi xəbəri beynəlxalq media qurumları tərəfindən "son xəbər" başlığı ilə dərc edilib. 

Bildirilib ki, vergi artımlarına səs verildikdən sonra qərarın əleyhinə olan nümayişçilər dünən parlament binasına daxil olaraq binanın bir hissəsini yandırıblar, polis isə nümayişçilərə atəş açıb.

Ölkə boyu keçirilən nümayişlər hökumətin hazırda dolanmaq üçün mübarizə aparan keniyalıların yaşayış xərclərini artıracaq vergi artımlarını dayandırmağı və prezident Uilyam Rutonun istefasını tələb edib.

Fəallar hökumətin geri addım atmayacağı təqdirdə nümayişlərin davam edəcəyini də açıqlayıb. Fəallar X sosial platformasında "Cümə axşamı görüşənədək" mənasını verən #tutanethursday ifadəsindən istifadə ediblər.

Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
17
demokrat.az

10Mənbələr