AZ

Rusiya aktivlərindən əldə olunan ilk 1,5 milyard avro gələn ay Ukraynaya çatdırılacaq

İyulda Rusiyanın dondurulmuş aktivlərinin investisiyasından əldə olunacaq ilk 1,5 milyard avroya qədər vəsait Ukraynanın müdafiəsinin gücləndirilməsinə və ölkənin bərpasına sərf olunmaq üçün ayrılacaq.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen açıqlayıb:

“Aktivlərdən əldə edilən təxminən 1,5 milyard avro mənfəətin 90 faizi müdafiəyə, 10 faizi isə yenidənqurmaya yönəldiləcək”.

Ukraynanın yenidən qurulması ilə bağlı Berlində keçirilən beynəlxalq konfransda çıxış edən AK prezidenti xatırladıb ki, bu həftənin sonunda G7 sammitində Ukraynaya kömək etmək üçün bloklanmış Rusiya vəsaitlərindən daha səmərəli istifadə etmək barədə müzakirələr aparılacaq.

Xatırladaq ki, may ayında Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya kömək üçün istifadə edilməsi planını təsdiqləyiblər. Çexiyanın xarici işlər naziri Yan Lipavskinin sözlərinə görə, bu sxem bu il 3 milyard avroya qədər vəsait almağa imkan verəcək, bu məbləğin 90 faizinin Ukrayna ordusunun dəstəklənməsinə yönəldilməsi planlaşdırılır.

Aktivlərdən gələcəkdə hər il təxminən 5 milyard avro mənfəət əldə ediləcəyi gözlənilir. Ukrayna, plana görə, ildə iki dəfə yardım alacaq.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
33
musavat.com

10Mənbələr